İnsanlara hürriyət, millətlərə istiqlal!

Yediyiniz tərəvəzlərin bilmədiyiniz önəmli faydaları... - FOTOLAR

9523 10.11.2015 15:55 Maraqlı A A


Badımcan, göy noxud, kələm, yerkökü ... Hər gün qidalandığınız tərəvəzlərin hansı xəstəliklərə dərman olduğuna inana bilməyəcəksiniz. 

Göy noxud

Qansızlığı aradan qaldıran və qan artıran təzə göy noxud qan xərçənginə qarşı da qoruyucu təsir göstərir. Qida dəyərinə və insana zərər vermədiyinə görə ən yaxşı paxlalı bitki hesab olunur. 

Отображается файл

Gül kələmi

Xərçəng xəstəliyi ilə mübarizədə ən önəmli tərəvəz sayılır. Bundan başqa mütəxəssislər gül kələminin, qida borusu, mədə, bağırsaq xərçənglərinə tutulma  təhlükəsini də azaltdığını deyir.

Отображается файл

Kök

Kök tərkibindəki beta-karoten maddəsi ilə gözləri yaşlılığın gətirdiyi görmə zəifliyindən qoruyur və immunitet sistemini qüvvətləndirir. Kök çiy və ya bişmiş olaraq yeyilə bilər, ancaq əsla soyulmamalıdır. 

Отображается файл

Lobya

Bu bitkinin orqanizmin fəaliyyətini, inkişafını və sağlam olmasını təmin etdiyini  vurğulayan mütəxəssislər, hər yaşda insanın lobya ilə qidalanmasını tövsiyyə edir. Lobya mədəaltı vəzi, böyrəkləri, qaraciyəri və ürəyi qüvvətləndirir.

Baldırğan 

Bu bitki qanı təmizləyir, sidikqovucu təsiri var, qanı, sidik cövhəri və buna bənzər zəhərli maddələrdən təmizləyir. Baldırğan sinir xəstəliklərini və beyin yorğunluğunu aradan qaldırır.

Отображается файл

Kələm 

Mütəxəssislər, kələmin qan azlığını aradan qaldırdığını və xərçəngə qarşı təsirli olduğunu deyirlər. Kələm dərinin sağlam olmasını və gözəl görünməsini də təmin edir. 

Отображается файл

Badımcan

Badımcan bədəndəki artıq suyun ifrazına və  çəkinin azalmasına yardım edir. Şəkərli diabet xəstələri üçün badımcan salatı  çox faydalıdır. Qan azlığına faydalıdır, qanı artırdığı və ürəyin fəaliyyətini tənzimlədiyi də deyilir. 

Bibər

Bibər mədəni qüvvətləndirir, iştah açır və mədənin fəaliyyətini gücləndirir. Tərkibindəki P vitamini ilə damarları yumşaldır, qanaxmanı önləyir. 

Отображается файл

Cəfəri

Cəfəri gündəlik C vitamininə olan ehtiyacın çoxunu qarşılayır. Böyrəkləri, qaraciyəri və sidik yollarını təmizləməyə yardım edir. Qanda şəkəri normallaşdırır, xərçəngə qarşı da qoruyucu təsiri var. 

Kərəviz

Kərəviz sarılığı aradan qaldırır, böyrəkləri işlədir, artıq suyun ifrazına yardımçı olur. Böyrəklərdən qumu və daşı tökür. 

Отображается файл

İspanaq

ABŞ-da ispanaq salatı yeməklərin başında gəlir. Dəmir baxımından zəngin, tünd yaşıl yarpaqlı və gözəl dadı olan ispanaq, digər yarpaqlı tərəvəzlərə nisbətən daha çox zülalla zəngindir. Bol C vitamini ilə zəngin olan ispanaq suyu, soyuqdəyməyə qarşı immunitet yaradır. İspanaq suyu, ürək əzələlərini də qüvvətləndirir.

Nərgiz LİFTİYEVA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR