Müasir dünyanın ən ağrılı problemlərimdən biri də ərzaq təhlükəsizliyidir. Ekoloji təmiz qidanın tədricən bazarlardan yoxa çıxması, onun yerini müxtəlif qatqılı sənaye və genetik modifikasiya olunmuş kənd təsərrüfatı məhsullarının alması insanların sağlamlığını da təhdid edir.
Sözügedən problem Azərbaycanın ərzaq bazarı üçün də xarakterikdir. Həm aqrar, həm də sənaye sahəsindəki istehsal prosesində müəyyən çatışmazlıqlar var.
Bəs, vətəndaşlar necə düşünürlər, qidamız təhlükəsizdirmi? İnsanlar yedikləri hansı qidanın keyfiyyətindən narazıdırlar?
Musavat.com olaraq, bu suallara aydınlıq gətirmək üçün paytaxt sakinləri arasında sorğu keçirdik.
Nərgiz LİFTİYEVA,
Musavat.com






