“Yazan boyun”, erkən yaşda qozbellik – Alimlər xəbərdarlıq edir
XXI əsrin daha bir texnoloji bəlasından necə yayınmalı?
Bir qayda olaraq iş yerində, evdə, küçədə, hansısa məclisdə, toplantıda hamı güclü şəkildə öz smatrfonuna diqqət kəsilir, onunla əlləşir. Alimlər isə dəfələrlə xəbərdarlıq ediblər ki, qadjetlər ən əvvəl bizim və bizim uşaqlarımızın görmə qabiliyyətini korlayır, insanları canlı ünsiyyətdən məhrum edir, istənilən tədbiri korlayır (əgər orada Wi-Fi varsa).
Məsələ ondadır ki, hələ bu da təhlükələrin hamısı deyil. Alimlər indiki nəsli smartfonlar üzərində “yumağa dönənlər” adlandırır. Doğrudan da, ətrafa baxmaq yetər – uşaqlar smatfonla oynayır, tələbələr smartfondan ayrıa bilmir, böyüklər ekranların üzərində asılı qalır, hətta yolu da bu vəziyyətdə keçir və ya küçədə oynayırlar. Klassik ailə şamı yeməyi belə ən azı, 3-4 smartfon və ya planşet deməkdir...
Ən əsası isə bizim ekrana necə baxmağımızdır. Gerçəklik belədir ki, bir qayda olaraq insanlar ekrana yuxarıdan aşağı, başı güclü şəkildə sallamaqla, boynu əyməklə, qozbel kimi baxır. Bu – smartfon sahibinin klassik duruşudur. SMS-lər, sosial şəbəkələr, fotoqrafiyalar, çatlar, mesajlar, poçt yazışmaları və s. – bütüm bunlar onurğa sütunumuzu korlayır.
Alimlər onu da müəyyən ediblər ki, telefon ekranı üzərində müntəzəm şəkildə asılıb qalmaq nəinki onurğa sütunu, həm də psixikanı korlayır. Yeni Zelandiyadan olan fizioterapevt Stiv Oqust müntəzəm şəkildə boyun və beldə ağrılardan şikayətlənən pasiyentlərlə rastlaşdığını deyir. Həkim bu sindromu “i-qozbel” adlanırır – ayfona işarə eləməklə (i-phone). Başqa həkimlər isə bu problemə “yazan boyun” adı veriblər.
Necə düşünürsünüz, başınızın çəkisi nə qədər olar? Təxminən 4-5 kq. Smartfon ekranına baxarkən biz boynumuzu sallayır və başımızı 60 dərəcə altında ekrana doğru əydiyimiz üçün bu vaxt boyun 4-5 kq-lıq başı yox, qat-qat ağırını saxlamalıdır. Çünki 60 dərəcəlik sallanma zamanı baş ən azından 27 kq gələcək. Təsəvvür edirsinizmi, bu vaxt boyun necə əzab çəkir, onurğa sütunu hansı gərginliyi hiss edir?!
30 il ərzində doktor Stiv Oqusta boynunda ağrı probleminə görə əsasən qarı nənələr müraciət edib. Adətən yaşla əlaqədar onların belinin yuxarı hissəsində hərəkətsizlik, kiçik qozbellik yaranır, qamət pozulur, bel yığılır. İndi isə həkim deyir ki, eynən bu “nənə” problemi ilə artıq cavan adamlar, hətta yeniyetmələr ona müraciət etməkdədir.
Lakin alimlər smartfonlardan savayı qamətin başqa düşmənlərini də tapıblar. Məsələn, qüssə. Nə vaxt ki, biz qüssələnirik, yumaqlaşırıq. Nə vaxt ki, qorxu içindəyik, yenə özümüzə qapınmağa, büzüşməyə çalışırıq. Tədqiqatlar göstərib ki, kliniki depressiyadan əziyyət çəkən insanlar adətən “yazan boynu” xatırladan vəziyyəti alırlar.
Alimlərə görə, qamət təkcə bizim emosional durumumuzu göstərmir, həm də “Health Psychology” psixoloji jurnalda doktor Şvidt Nair və həmkarlarının dərc elədiyi tədqiqatlara görə, müəyyən emosiyalar yarada bilər. Onların qənaətincə, boyun və onurğa sütununda daimi ağrılar əmək məhsuldarlığını da azaldır. Odur ki, bizim smartfon vsitəsilə daha çox iş görmək istəyimiz əslində ona gətirir ki, biz getdikcə daha pis işləyirik.
Yeri gəlmişkən, az öncə Yaponiyada aparılmış təhqiqatlar sübut edib ki, düz oturan və belini düz saxlayan uşaqlar daha yaxşı oxuyurlar, materialları daha yaxşı mənimsəyirlər və ümumən, daha pozitiv əhvalda olurlar.
Bəs nə etməli? Axı, smartfondan imtina mümkün deyil. Elədir, ancaq “yazan boyun” problemindən xəbərdar olanlar telefonu başqa cür də tuta bilərlər. Bundan ötrü:
1.Çiyinlərinizi düzəldin, başınızı düz tutun, önünüzə baxın – yəni telefonu göz səviyyəsinə qaldırın, nəinki başınızı aşağı sallayın.
2. Gündə bir neçə dəfə iki qrup əzələlərin – çiyin və boyun əzələlərinin masajını edin (soldan sağa). Bu, əzələlərin elastikliyini bərpa eləməyə imkan verir.
3. Yadda saxlayın, sizin qamətiniz sizin əhvalınızı yaxşılaşdıra, özünə inamı və özünədəyəri artıra bilər. Odur ki, “qanadlarınızı açın”.
Musavat.com






