İnsanlara hürriyət, millətlərə istiqlal!

Yayla Kiriç Ali: “Bakı Marafonu 2017”nin qalibi olacağıma inanırdım"

1029 30.04.2017 15:52 İdman A A

“Bakı Marafonu 2017”də iştirak etdiyim və qalib gəldiyim üçün çox xoşbəxtəm”.

Bunu “Report”a açıqlamasında “Bakı Marafonu 2017”də qadınlar arasında finişə ilk çatan Türkiyə vətəndaşı Yayla Kiriç Ali deyib.
Yarışa İstanbul şəhərindən qatıldığını söyləyən xanım marafonçu, qalib gələcəyinə əmin olduğunu vurğulayıb:

“Çünki Türkiyədə keçirilən yarı marafonda da qalib olmuşdum. Orada 1 saat 21 saniyə ərzində 21 km. qət etmişdim. Bakıda isə nəticəmi 3 saniyə yaxşılaşdırdım. Növbəti ildə də paytaxtınızda təşkil olunacaq marafonda iştirak edəcəyəm. Buranı çox bəyəndim”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR