İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yaxın vaxtlarda Xankəndi Azərbaycana qayıdır" - politoloq Elxan Şükürlü  "Canlı debat"da

5114 19.02.2021 13:42 Gündəm A A

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Xankəndi şəhəri və hazırda ermənilərin yaşadığı digər Qarabağ ərazilərinin tam şəkildə Azərbaycana inteqrasiya olunacağını açıqlayıb. Keçmiş diplomat bu barədə məlumat aldığını və ictimaiyyətə açıqlanmayan danışıqların getdiyini söyləyib.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç deyib ki, yalnız Türkiyə və Rusiyanın iştirakı ilə Qarabağda sülhü təmin eləmək mümkün olmayacaq və beynəlxalq ictimaiyyət də prosesə qatılmalıdır. “Əhalinin Qarabağa geri qaytarılması üçün onlara təhlükəsizlik təminatı verilməlidir. Və bunun üçün təkcə sülhməramlıların olması kifayət deyil. Sülhün icrasına beynəlxalq monitorinq nəzarət etməlidir Cənubi Qafqazda sülhün bərqərar olması üçün tərəflər arasında ünsiyyət həvəsləndirilməli, düşmən ritorikasına son qoyulmalıdır. Qaçqınların qaytarılması daimi sülhün təminatı üçün çox kritik məqamdır” – Kozlariç bildirib. Onun fikrincə, tərəflər arasında əməkdaşlıq və barışığın təminatı üçün atəşkəsdən öncə və sonra törədilən əməllərə görə BMT TŞ-nın nəzarətində Hərbi Tribunal da yaradılmalıdır: “Bosniya və Herseqovinada olduğu kimi, Qarabağ üçün də bənzər bir “Deyton anlaşması” olmalı və sülhün tam bərqərar olması üçün beynəlxalq monitorinq təşkil edilməlidir, qaçqınların qaytarılması üçün vahid bir mexanizm yaradılmalıdır”. Kozlariç düzmü deyir, onun təklifləri, xüsusən də Hərbi Tribunal yaradılması mümkündürmü?

İrəvandakı Aleksandr Tamanyan adına Milli memarlıq muzey-institutunda fevralın 20-də Şuşa Xalça Muzeyinin sərgisi açılacaq. Bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, xalçalar muzeyin qurucusu Vardan Astsatryanın “şəxsi kolleksiyası”na aiddir və 1 noyabr 2020-ci ildə Şuşadan çıxarılıb. Təqdim olunan nümunələrin ən qədimi 350 yaşındadır. Erməni vandallar Azərbaycandan qədim xalçalarımıza kimi bütün qiymətli əşyaları daşıyıb aparıb. Onları geri qaytarmaq üçün əlimizdə hansısa hüquqi mexanizm varmı? Mədəniyyət Nazirliyi artıq sərgi ilə bağlı bəyanat verib və YUNESKO-nu müdaxilə etməyə çağırıb. Bu, yetərlidirmi?

Ermənistanın Sünik bölgəsindən keçən Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə qayıdacaq. Bu xəbəri Ermənistanın yerli mediası Hraparak qəzetinə istinadən yayıb.

Məlumatda bildirilib ki, ikitərəfli razılığa əsasən, yolun bu hissəsi təxminən üç il Ermənistan və Azərbaycan tərəfindən birgə istismar ediləcək. Üç ilədən sonra isə yolun həmin hissəsi tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Azırbaycanın nəzarətinə başqa bölgələrin – Xankəndi, Xocalı və s. – keçəcəyi haqda da bilgilər dolaşır vaxtaşırı. Bu, həmin prosesin başlanğıcı sayıla bilərmi?

Bu və digər sualları siyasi analitik Elxan Şükürlü ilə müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR