İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır

742 11.05.2022 20:11 Siyasət A A

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın, eləcə də iki ölkə nümayəndələrinin sərhədin demarkasiyası və delimitasiyası məsələləri üzrə görüşü yaxın vaxtlarda baş tutacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hollandiyada Beynəlxalq Münasibətlər İnstitutunda mühazirə zamanı deyib.

"Yaxın vaxtlarda demarkasiya və delimitasiya üzrə nümayəndələrimizin görüşü planlaşdırılır, həmçinin xarici işlər nazirlərinin görüşü baş tutacaq. Biz çox çətin yollardan keçmişik, amma bu gün məndə dərin əminlik var ki, düzgün yoldayıq”, - Paşinyan bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR