İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaxın Şərqdə yeni müharibə ocağı alovlandı: 3 ölkə prezidenti seçkilərində hücum edəcək

3668 17.12.2018 11:24 Dünya A A

irləşmiş Ərəb Əmirlikləri, Misir və Səudiyyə Ərəbistanı Tunisə zərbə vurmağa hazırlaşır.

Publika.az xəbər verir ki, körfəz koalisiyası 2019-cu ildə prezident və parlament seçkilərinə hazırlaşan Tunisdə xalqın güclü dəstək verdiyi Nahda hərəkatını kənarlaşdırmaq üçün xoas çıxarmaq istəyir.

Nahda hərəkatının lideri Rəşid Qannuşinin Tunisin Həmmamat şəhərində təşkil edilən Bələdiyyə Sədrlərinin Milli Simpoziumunda ad çəkmədən etdiyi xəbərdarlıq BƏƏ, Səudiyyə Ərəbistanı və Misirin son dövrlərdə Tunisə qarşı yaxın münasibətlərinin sorğulanmasına səbəb olub.

Körfəz ölkələri 2010-cu ildə gerçəkləşən “Yasəmən inqilabı”ndan öncə prezident olan Əl Baki Qaid əs-Sibsini dəstəkləyir. Bu dəstəyin səbəbi isə bölgədə Əbu Dabi, Ər-Riyad və Qahirə üçlüsü tərəfindən qurulacaq sistemə qarşı Nahda iqtidarına alternativ yaratmaqdır.

Üçlü bu çərçivədə Tunisə fokuslanıb. Belə ki, misirli milyarder Naquib Saviris 19 noyabrda Sibsi ilə görüşüb. Savarisin səfəri Tunisdə sərt reaksiyalara səbəb olub. 27 noyabrda isə daha bir səfər Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman tərəfindən gerçəkləşib.

 

Bu səfər də etirazlarla qarşılanıb. Sibsi etirazları heçə sayaraq Məhəmməd Salmanı “oğlum” deyə qarşılayıb. Şahzadə Tunisdən getdikdən bir neçə gün sonra bir qrup vəkil ölkənin ən böyük siyasi qurupu olan Nahda hərəkatını ləğv etmək üçün plan hazırlayıb.

Qeyd edək ki, sözügedən köfəz koalisiyası ötən ilin iyun ayında Qətəri diplomatik və siyasi blokadaya almış, müxtəlif sanksiyalara məruz qoymuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR