İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yaxın Şərq böhranı neftin qiymətini dəyişməyəcək”

527 09.10.2015 02:12 İqtisadiyyat A A
Suriyadakı siyasi situasiya neftin qiymətinə təsir etmir.
 
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı ekspert Mixail Krutixinin “Rbc.ru” saytındakı yazısında yer alıb. Onun sözlərinə görə, neftin qiymətindəki dəyişikliklər daha çox ABŞ-la bağlıdır:
 
“Əgər Suriyada müharibə gedən bölgələrə baxsaq, o zaman neftinin hasilatı və nəqlinə bunun heç bir aidiyyəti olmadığını görərik. Neftin qiyməti daha çox tələbat və təklifdən asılıdır. İndiyə qədər bir sıra şəxslər neftin qiymətinin dolayısı ilə İŞİD-in vasitəsilə tənzimləndiyini güman edirdilər. Lakin son yoxlamalar göstərdi ki, İŞİD yalnız bir neçə avtosisterni Türkiyəyə satmağa cəhd edib. Neft hələ uzun müddət 45 dollar səviyyəsində qalacaq. Lakin əgər neft təsadüfən 60-65 dollara qalxsa, o zaman ABŞ yenidən fəaliyyətə başlayacaq. Ona nə OPEK, nə də ki digər böyük neft ixracatçıları mane ola biləcək. Hazırkı situasiya göstərir ki, neft ən azı 10 il indiki səviyyədə qalacaq və Yaxın Şərqdəki heç bir siyasi situasiya ona təsir etməyəcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR