Yaxın saatlarda Cəmil Həsənlinin imza vərəqəqləri MSK-ya təqdim olunacaq
Yaxın saatlarda Milli Şuranın prezidentliyə vahid namizədi, professor Cəmil Həsənlinin müdafiəsi üçün toplanmış imzalar və tələb olunan digər sənədlər MSK ya-təqdim olunacaq. Musavat.com xəbər verir ki, bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Facebook-da yazıb. Onun sözlərinə görə, 893 imza vərəqində 44 595 imza toplanıb: “İmzalar bütün 125 seçki dairəsi ərazisindən torlanıb. Qanunla 60 dan çox dairənin ərazisindən 50 və daha artıq imza toplanması tələb olunur. Seçki qərargahı 120 seçki dairəsi ərazisindən 50 və daha artıq imza toplanmasını təmin edib. Bütün işlər,qanunvericiliyə uyğun,həm də yüksək peşıkarlıqla həyata keçirilib. Bu böyük həcmli işi, təmənnasız olaraq yerinə yetirən bütün fədakar silahdaşlarımız hər cür tərifə və minnətdarlığa layiqdir!”
Musavat.com






