Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb. Qonşusuna qarşı dələduzluq edən Elçin Əlimərdanova şərti cəza verilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Əlimərdanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm və onun barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
E.Əlimərdanov məhkəmə zalından azadlığa buraxılıb.
Bildirək ki, E. Əlimərdanov qonşusuna qatşı dəkəduzluq edib. O, yaşlı qadının həbsdə qohumunu azad etdirəcəyini vəd edərək onun 17 min manatını ələ keçirib.
R.Əlimərdanov məhkəmədə çıxışı zamanı günahını etiraf edərək qonşusundan bağışlanmasını istəyib. O, həbsdən çıxdığı halda pulu ödəyəcəyini deyib. Qonşusu da onu bağışlayıb.
İ.Muradov
Musavat.com






