İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşlı qadın 1600 manatını avtobusda itirdi, bir gün sonra polis tapıb özünə qaytardı

2934 18.04.2017 18:09 Ölkə A A

Qazax sakini olan onkoloji xəstə Daxili İşlər Nazirliyinə minnətdarlıq etdi

Bu gün musavat.com saytına Hüseynova Sona adlı vətəndaş müraciət edib.

O bildirib ki, 16 aprel tarixində, 20.15 radələrində pulqabındakı 1600 AZN məbləğindəki pulu itirib. Həmin vaxt 12 saylı marşrut avtobusu ilə Zığdan Xətai rayonu ərazisindəki “Bizim Market”ə qədər gələn qadın avtobusdan düşəndə yolpulunu ödəyib. Amma marketə çatanda pulqabını itirdiyinin fərqinə varıb. Vətəndaşın pulqabında sözügedən məbləğdə vəsaitlə yanaşı, iki təqaüd kartı da olub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə Xətai rayon 36 saylı polis bölməsinə müraciət edən şikayətçiyə bir gün sonra pulqabı qaytarılıb: “Pulqabımın içində 1600 manat olduğu kimi qalırdı. Üstəlik, bütün sənədlər də yerində idi. Bu, mənimçün çox böyük sevinc oldu. Polislərimizə təşəkkür edirəm. Belə tez formada pulun tapılmasına görə hədsiz dərəcədə minnətdaram”.

Baş vermiş hadisəni 36 saylı polis bölməsindən də təsdiqlədilər. Bölmədən musavat.com-a bildirildi ki, 1952-ci il təvəllüdlü S.Hüseynova adlı vətəndaş Qazax rayonu doğumludur və Nərimanov rayonunda qeydiyyatdadır. Onkoloji xəstə olan qadın sözügedən məbləğdə vəsaiti müalicəsi üçün nəzərdə tutubmuş. Polis onun müraciətinə həssaslıqla yanaşıb və müraciət daxil olduğu dəqiqədən etibarən bütün avtobuslar, avtobuslardakı təhlükəsizlik kameraları araşdırılıb. Araşdırma nəticəsində həmin avtobusa minən bütün sərnişinlərin kimliyi müəyyənləşdirilib. Son anda onlardan birinin həmin pulqabını yerdən tapması aşkarlanıb. Pulu tapan şəxs onu polisə təhvil verib. Avtobus və kamera görüntülərinin həssaslıqla araşdırılması nəticəsində, 24 saat ərzində vətəndaşın böyük məbləğdə pulu özünə qaytarılıb.
S.Hüseynova bununla bağlı Daxili İşlər Nazirliyi rəhbərliyinə məmnunluq teleqramı vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR