Yaşayış binasında yanğın: 1 ölü, 12 yaralı
ANS PRESS-in İtar-Tass-a istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb, 70-dən çox bina sakini isə evakuasiya olunub.
Hadisə yerinə gələn yanğınsöndürən dəstəsinin səyi nəticəsində yanğının başqa mənzillərə keçməsinin qarşısı alınıb.
Yaralılardan altı nəfəri xəstəxanaya yerləşdirilib, həkimlər, onlardan ikisinin vəziyyətinin ağır olduğunu bildirirlər. Digər dörd nəfərin isə vəziyyətinin orta ağır olduğu qeyd olunur.






