İnsanlara hürriyət, millətlərə istiqlal!

“YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı illik hesabat-FOTO

636 08.12.2022 11:28 Ölkə A A

"08 dekabr 2022-ci il tarixinədək Fondun hesabına 75 846 318.85 vəsait mədaxil olub".

Musavat.com xəbər verir verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov “YAŞAT” Fondunun fəaliyyəti ilə bağlı illik hesabat konfransında deyib. O, qeyd edib ki, ölkə ərazisində 3 004 şəhidin ailə üzvləri, habelə 6 230 yaralı olmaqla ümumilikdə 17 670 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 14 744 şəxsin 35 175 müraciəti icra üçün öhdəliyə götürülüb: "Fondun fəaliyyət istiqamətləri üzrə 71 612 351.53 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 4 233 967.32 AZN təşkil edir.

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 41 042 300.00 AZN,

təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 1 347 611.19 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 772 442.30 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə 22 449 998.04 AZN xərclənib".

E.Hüseynov həmçinin, qeyd edib ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 41 042 300.00 AZN təşkil edir:
Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 448, itkin ailə üzvlərinin 7 və yaralıların 6 798 müraciəti olmaqla ümumilikdə 12 253 müraciət təmin edilib".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR