İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasamalda zorlama və quldurluq əməllərinə görə həbs edilən şəxsə hökm oxundu

1522 10.07.2021 15:58 Kriminal A A

Bakının Yasamal rayonunda zorlama hadisəsinə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Abuşov Eldəniz Eldar oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Məhkəmənin hökmü ilə Eldəniz Abuşov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Eldəniz Abuşov qadına təcavüz edib və daha sonra quldurluq edib.

İstintaq orqanı tərəfindən Eldəniz Abuşovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR