İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşadığı evi yandırmaq istəyən şəxs arvadının şikayəti ilə həbs edilib: indi isə…

1189 29.07.2018 20:51 Kriminal A A

Evini yandıran şəxs xanımının şikayəti ilə həbs edilib. Amma sonradan qadın peşman olsa da ərinin həbsdən çıxması mümkün olmayıb.

Musavat.com xəbər verir ki, Abşeron rayon Məhkəməsinin hökmü ilə 1978-ci il təvəllüdlü Quliyev Qabil Baxşəli oğlu Cinayət Məcəlləsinin 29, 186.2.2-ci (Əmlakı qəsdən məhv etməyə və ya zədələməyə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törətməyə cəhd) maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum edilib. Buna səbəb Q.Quliyevin birlikdə yaşadığı Səadət Məşədibəyova məxsus evi yandırmaq istəməsidir.

Hadisə Qabil Quliyevin Səadət Məşədibəyova ilə Abşeron rayonu, Masazır qəsəbəsi “Vulkan dağı” yaşayış masssivindəki mənzillərində baş verib. Onlar arasında rəsmi nikah olmasa da ər-arvad münasibətlərində yaşayıblar.

İttihama görə, Qabil Quliyev birlikdə yaşadığı Səadət Məşədibəyova məxsus 12 min manat dəyərində bir mərtəbəli fərdi yaşayış evini yandırıb məhv etmək istəyib. Bu niyətlə evin içərisində olan hər birinin dəyəri 50 manat olan 4 ədəd döşəyi, hər birinin dəyəri 40 manat olan 6 ədəd yorğanı, hər birinin dəyəri 12 manat olan 5 ədəd balışı, 1 ədəd xalçanı, hər birinin dəyəri 40 manat olan 2 ədəd qadın gödəkcəsini mənzilin orta sahəsində döşəmə üzərində bir yerə toplayaraq özü ilə götürdüyü alışqanla od vurub qəsdən yandıraraq mənzili tərk edib.

Qabil Quliyevin bu əməli ilə zərərçəkmiş şəxs Səadət Məşədibəyovaya ümumilikdə 780 manat məbləğində maddi ziyan vurub.

Amma Səadət Məşədibəyova əvvəlcə şikayətçi olsa da sonradan məhkəmənin bu hökmündən narazı qalıb. O, apellaysiya şikayəti verərək ərinin azadlığa buraxılmasını istəyib.

Onun şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baxılıb.

Səadət Məşədibəyova şikayətində Qabil Quliyevin cəzasının şərti hesab edilməsini və azadlığa buraxılmasını xahiş edib.

O bildirib ki, təqsirləndirilən şəxs Qabil Quliyev onun qeyri-rəsmi həyat yoldaşıdır və iki azyaşlı uşaqları var. Ailələrinin yeganə maddi təminatçısı Qabil Quliyevdir.

“Qabil cinayət törətdikdən sonra etdiyi əməldən peşman olaraq etdiyi səhvi başa düşdü. Dərhal polisə getdi. Cinayəti etiraf edərək cinayətin açılmasında istintaqa fəal köməklik göstərdi. Onunla barışmışam və müalicəm üçün çəkilmiş bütün xərcləri ödəyib. Onu bağışlamışam və heç bir tələbim, iddiam yoxdur. Qabil əvvəllər məhkum edilməyib, narkoloji və psixoloji cəhətdən qeydiyyatda durmur. Himayəsində iki azyaşlı uşağı var və ailəmizin yeganə təminatçısıdır. Uşaqların tərbiyəsi ilə mütəmadi olaraq o, məşğul olub və uşaqların sağlam böyümələri üçün çox çalışıb. O, həbs edildikdən sonra ailəmiz başsız qalıb, maddi təminatımız tamamı ilə tükənib”- deyən Səadət Məşədibəyova ərindən polisə şikayət etdiyi üçün peşman olduğunu söyləyib.

S.Məşədibəyova ərinin də törtədiyi əməldən peşman olduğunu nəzərə alaraq onun şərti olaraq azadlığa buraxılmasını məhkəmədə xahiş edib.

S.Məşədibəyovanın şikayətini araşdıran məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən Q.Quliyevə doğru ittiham verilib.

Məhkəmənin fikrincə Q.Quliyev cinayət əməlini törətdikdən sonra ictimai təhlükəliliyini real olaraq aradan qaldıran heç bir hərəkət etməyib, yanğının qarşısı qonşuların köməyi ilə alınıb.

Şəhr olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Q.Quliyevin cəzası dəyişdirilməməli birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılmalıdır. Belə ki, Q.Quliyev barəsində 3 il azadlqıdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR