İnsanlara hürriyət, millətlərə istiqlal!

Yasa gəlməyən qohumunun ölümünə səbəb olan şəxsə ağır cəza istənildi - 11 il 6 ay

692 02.10.2018 15:49 Son xəbər A A

İki yumruqla xalasının ərinin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb. Hadisənin baş verməsinə səbəb isə mərhumun yas mərasimində iştirak etməməsi olub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror V.Hüseynovun 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.

İttihama görə, hadisə bu il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Vüqar Hüseynovun qızı və nəvəsi qəzada dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra Vüqar Hüseynov xalasının əri Muğam Şanikovdan yasa niyə gəlmədiyini soruşub. İttihama görə, bu zaman Muğam Şanikov Vüqar Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən Vüqar Hüseynov xalasının ərinin baş nahiyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Elan olunan ittihamla Vüqar Hüseynov özünü təqsirli bilmədiyini deyib.

V.Hüseynov mərhumla yaxşı münasibətlərinin olduğunu, heç vaxt problem yaşamadıqlarını deyib: "Mən onun dəfn xərclərini də qarşıladım. Həbs edilənə qədər həkim tapdım, müalicəsinə əlimdən gələni etdim. Dayım dedi ki, ailəsi 50 min istəyir. Əvvəlcə şikayətçi deyildilər. Dedilər ki, bilərəkdən baş verən hadisə deyil. Amma sonradan fikirlərini dəyişdilər. Əmimgil dəfələrlə danışığa gedib".

Qeyd edək ki, Vüqar Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR