Yarışda ölən 21 yaşlı taekvandoçunun nəşi ailəsinə verildi (VİDEO, FOTO)
Misir Luksor şəhərində keçirilən Afrika kuboku turnirində infarktdan dünyasını dəyişən türkiyəli idmançı Seyidhan Akabalığın cənazəsi İzmirə gətirilib. Türkiyə Səhiyyə Nazirliyinin xüsusi təyyarəsi İzmirin Adnan Menderes hava limanına enib.
Cənazəni taekvandoçunun ailə üzvləri və yaxınları, eləcə də, İzmir valisi Mustafa Toprak qarşılayıb.






