İnsanlara hürriyət, millətlərə istiqlal!

Yardımlıya yarım metr qar yağıb, elektrik enerjisi kəsilib, rabitə iflic olub

1334 21.02.2015 17:30 Ölkə A A

Cənub bölgəsinə yağan güclü qar Yardımlıda da ciddi fəsadlara yol açıb. Rayondakı mənbələrdən aldığımız məlumata görə, rayonda qarın hündürlüyü 50 sm-ə, yüksəkliklərdə isə hətta 70 sm-ə çatıb. 

Fevralın 20-sindən elektrik enerjisinin kəsilməsi əlavə problemlər yaradıb. Mərkəzi yolda hərəkət dayanmasa da, rayon mərkəzindən kəndlərə gediş-gəliş çətinləşib.

 Elektrik enerjisi təchizatında yaranan problem səbəbindən rayonun rabitə sistemi də iflic olub. Arus yarımstansiyasındakı problem isə mobil rabitənin tamamilə kəsilməsinə gətirib çıxarıb. Əhali problemlərin həlli üçün Bakıdan mütəxəssislərin gəlməsini gözləyir. 

Vuqar MURAD

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR