İnsanlara hürriyət, millətlərə istiqlal!

“YARAT”da “Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusunda müzakirələr keçirilib

589 25.01.2018 21:19 Ölkə A A

Yanvarın 25-də “YARAT” Müasir İncəsənət Mərkəzində Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycan Fransız İnstitutunun təşkilatçılığı ilə “Memar, sənətkar və vətəndaş: şəhəri düşünmək” mövzusunda müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın ölkəmizdəki səfiri Orelia Buşez müzakirə edilən mövzunun aktuallığından danışıb.

Yanvarın 25-də dünyada keçirilən “Fikirlər gecəsi”nin (Nuit des İdées) 2-ci buraxılışında intellektuallar, tədqiqatçılar, sənətkarlar və "Təxəyyülün hökmranlığı" mövzusunda qərarverici məsul şəxslər bir araya toplanır.

Fransanın Azərbaycandakı səfirliyinin mədəni işlər üzrə müşaviri Yohan Şittererinin moderatorluğu ilə keçirilən tədbirdə fransız memarı, Buffi Associés Memarlıq və Şəhərsalma Agentliyin təsisçisi və direktoru Jan-Pyer Buffi, fransız memarı Andrea Dö Fransi, Bakı Memarlıq Klubunun rəhbəri, Bakının mərkəzi küçələrinin yenidən qurulması layihələrinin məsul şəxsi, memar Elçin Əliyev, Əməkdar İncəsənət Xadimi Səbinə Şıxlinskaya və “Pillə” memarlar və şəhərplanlayıcılar təşkilatının nümayəndəsi Müslim İmranlı çıxış ediblər.

Bildirilib ki, son onillikdə iqtisadi inkişaf sayəsində Bakının siması tamamilə dəyişilib. Yeni müasir yaşayış məntəqələri və xüsusi üslubda tikilən mədəniyyət ocaqları buna nümunədir. “Fikirlər gecəsi – 2018” Bakı əhalisinin artımı və şəhərin genişlənməsi nəticəsində yaranan yeni perspektivlər və layihələr haqqında müzakirələr aparmağı təklif edir.

Tədbirdə şəhərin bu günü və sabahı, eləcə də cəmiyyətdə əlverişli yaşayış şəraiti yaratmaq bacarığı barədə fikirlər səsləndirilib.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR