Yaralanan sakin danışdı: "Ermənilər atəş açdı, hiss etdim ki, ayağımdan yaralanmışam"
2 gün öncə əkin sahələrinin kənarında suvarma arxlarında təmizləmə işi aparan ekskavatoru gülləborana məruz qoyan Ermənistan tərəfi bu gün texnikanı təhlükəli ərazidən çıxarmaq üçün gələn traktorun sürücüsünü hədəf alıb.
Kənd sakinlərinin sözlərinə görə qoşqu vasitəsi ilə traktora qoşulan ekskavatoru təqribən yüz metr hərəkət etdirdikdən sonra atəşə məruz qalıblar.
Nəticədə traktoru idarə edən 30 yaşlı Qapanlı sakini Alqayıt Quliyev ayağından yaralanıb. Kənd sakinlərinin köməyi ilə ərazidən çıxarılan Alqayıt Quliyev rayon xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra evə buraxılan Alqayıt Quliyev vəziyyətinin normal olduğunu dedi.
"Hardasa 10 dəfə atəş açdılar. Biz də həmin an traktorun altında gizləndik. Ermənilər atəş açmağa davam edirdilər. Birdən hiss elədim ki, güllələrdən biri ayağımdan dəyib. Ekskavatorun sürücüsünün maşını ilə xəstəxanaya apardılar məni", deyə A.Quliyev bildirdi.
Kənd sakinlərinin sözlərinə görə, qarşı tərəf hər il bayram və əlamətdar günlərdə aktivləşir.
Yaralının qohumu Daşqın Əliyev deyir ki, hər dəqiqə ölümlə üz-üzədirlər.
"Əkin sahələrində belə bir vəziyyət yaranıb. Hər dəqiqəmiz ölümlə üz-üzədir.. Buranı neçə ildir çəkirsiniz. Görürsünüz mülki əhalidən ölənlər də var, yaralananlar da. Ermənilərin açdığı atəş nəticəsində 10 nəfərə qədər yaralımız olub, 3-4 nəfər ölüb".
Bu il ərzində artıq 3-cü dəfədir ki, kənddə işləyən texnika ermənistan tərəfinin atəşinə məruz qalır.Mənbə
ANS TV