İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaqub Zurufçu Heydər Əliyev Sarayında konsert verəcək

380 21.08.2019 15:32 Şou-biznes A A

Dünyanın bir çox ölkəsində konsertlər verən, Azərbaycan musiqisini dünyada layiqincə təmsil edən Yaqub Zurufçu Bakıda solo-konsert proqramı ilə çıxış edəcək. 

Musavat.com xəbər verir ki, konsert oktyabrın 12-də Heydər Əliyev Sarayında baş tutacaq. 

Sevənləri ilə görüşə hazırlaşan Yaqub Zurufçu hisslərini belə bölüşüb: “Dəyərli soydaşlarım, doğmalarım! Mənə qarşı göstərdiyiniz diqqət və sevgi üçün hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Görünür, siz də mənim kimi bu konsert üçün darıxmısınız. Bu qədər diqqətdən ilhamlanaraq konsert etməyi qərarlaşdırdıq. Tezliklə - oktyabrın 12-də böyük həvəslə sizinlə görüşə gələcəyəm”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR