“Hörmətli Samir müəllim, mən bir dəfə sizə müracit etdim ki, elmi sıfırdan uzaqlaşdıraq! Çox sağ olun ki, müraciətimə müsbət reaksiyanız oldu və elmi sıfırdan uzaqlaşdırdıq, bir az rahatlaşdıq. Amma məni çox narahat edir ki, bizim gənc alimlər müdafiə edən kimi Akademiyadan uzaqlaşırlar”.
Bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində AMEA-nın Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov maliyyə naziri Samir Şərifova müraciətlə söylədi.
Gənc alimlərin mənzil-məişət problmlərinin həlli, əmək haqqının artırılması ilə bağlı müraciət edən Y.Mahmudov həmçinin kitabların nəşri üçün də büdcədə əlavə vəsaitin nəzərdə tutulmasını istədi.
Deputat Bəxtiyar Əliyev də elmə ayırlan vəsaitlərin artırılmasını xahiş etdi.
E.PAŞASOY,
Musavat.com






