İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın Okinava prefekturasında partlamamış mərmiyə görə 2500 nəfər təxliyə edilib

578 20.01.2018 22:41 Dünya A A

Yanvarın 20-də Okinava prefekturasında II Dünya müharibəsindən qalan partlamamış mərmi istehkamçılar tərəfindən məhv edilib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, mərminin zərərsizləşdirilməsi ilə əlaqədar 2500 nəfər yerli sakin təxliyə olunub.

Təqribən 70 santimetr uzunluğunda, 50 kiloqram ağırlığında partlamamış mərmi ötən ilin noyabrında Naha şəhərinin mərkəzində inşa edilən otelin özülündə aşkar edilib.

Mərminin 1945-ci ildə Okinava uğrunda döyüşlər zamanı ABŞ-a məxsus gəmilər tərəfindən atıldığı ehtimal olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR