İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada ümumi daxili məhsulun son 40 ildə rekord səviyyədə azaldığı qeydə alınıb

280 17.08.2020 11:34 Son xəbər A A

Yaponiyada apreldən iyunadək milli iqtisadiyyatda rekord səviyyədə azalma qeydə alınıb. Koronavirus pandemiyası nəticəsində ümumi daxili məhsulda (ÜDM) son 40 ildə ən böyük rüblük azalma baş verib.

AZƏRTAC Yaponiya Nazirlər Kabinetinin dəftərxanasına istinadla xəbər verir ki, hesabat dövründə ÜDM üzrə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 27,8 faiz azalma qeydə alınıb. Bu, 1980-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Xatırladaq ki, Yaponiyada aprel və may aylarında hökumət tərəfindən elan edilmiş fövqəladə vəziyyət rejimi tətbiq olunub. Nəticədə insanlar evdə qaldığına və müəssisələr işləmədiyinə görə, fərdi istehlak kəskin azalıb.

Dünya səviyyəsində iqtisadi fəaliyyət donduğuna görə, ixrac da kəskin azalıb ki, bu da öz növbəsində avtomobillərin tədarükünə ciddi təsir göstərib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR