İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada 4 nəfərin ölümü ilə nəticələnən silahlı hücum törədən şəxs saxlanılıb

248 26.05.2023 10:13 Son xəbər A A

Yaponiyanın Naqano prefekturasında iki qadın və iki polis əməkdaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, Nakano şəhərində mayın 25-də axşamüstü silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs şəhər məclisi sədri Masamichi Aokinin 31 yaşlı oğludur. Əvvəlcə bıçaqla qadını öldürən, ardınca hadisə yerinə gələn polisləri, habelə başqa bir qadını odlu silahla güllələyən Masanori Aoki qaçıb atasının evində gizlənib. Ərazi cəlb olunmuş xeyli sayda təhlükəsizlik qüvvələrinin gecə boyu davam edən axtarış əməliyyatının sonunda hadisəni törətməkdə şübhəli bilinən şəxs yerli vaxtla səhər saat 4:37-də saxlanılıb.

Hələlik hadisənin motivləri bilinmir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR