İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya XİN: İranla mümkün qədər tez hesablaşma üsulu yaratmalıyıq

473 06.11.2018 14:30 Dünya A A

Rəsmi Tokio ABŞ-ın Yaponiya və digər 7 ölkəni İrana qarşı neft sanksiyalarının təsirindən qorumasına dair qərarı ilə əlaqədar mümkün qədər qısa zamanda İranla maliyyə hesablaşmaları üsulunu yaratmalıdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib.

"ABŞ-ın bu qərarını nəzərə alaraq, mümkün qədər qısa müddətdə İranla maliyyə hesablaşması üsulları yaratmaq lazımdır. Bunun üçün bu məsələni maraqlı strukturlarla ətraflı şəkildə nəzərədən keçirmək niyyətindəyik", - Yaponiya XİN-dən deyilib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp may ayında rəsmi Vaşinqtonun İranın nüvə proqramı üzrə sazişdən çıxdığını bəyan edib. O həmçinin İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci tərəflərə (İranla biznes aparan digər ölkələrə) qarşı sanksiyaların bərpa olunduğunu bildirib.

ABŞ avqustun 7-dən İrana qarşı sanksiyaların bir hissəsini tətbiq edib, neft ixracını əhatə edən digər hissə isə noyabrın 5-də qüvvəyə minib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR