İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya parlamentinin növbədənkənar sessiyası oktyabrın 4-də keçiriləcək

157 21.09.2021 10:45 Son xəbər A A

Yaponiya parlamentinin növbəti sessiyası oktyabrın 4-də, nümayəndələr palatasına seçkilər isə noyabrda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Yaponiya Nazirlər Kabinetinin sentyabrın 21-də keçirilən iclasında qəbul edilib. Oktyabrın 4-də keçiriləcək növbədənkənar iclasda ölkənin yeni Baş naziri təsdiq olunacaq. Yaponiyanın yeni Baş nazirinin hakim Liberal Demokratik Partiyanın (LDP) sentyabrın 29-da keçiriləcək yeni liderinin seçkiləri zamanı məlum olacağı gözlənilir. O, hazırda Yaponiya hökumətinə başçılıq edən Yoşihide Suqanı əvəz edəcək.

Parlamentin hər iki palatasının iştirakı ilə oktyabrın 4-də yeni Baş nazir təsdiq edildikdən sonra, o, hökumətin proqramını deputatlara təqdim edəcək.

Yaponiya qanunvericiliyinə müvafiq olaraq, parlamentin son sessiyası oktyabrın 4-də təşkil ediləcəyinə görə, aşağı palataya seçkilər noyabrın ya 7-də, ya da 14-də keçirilə bilər.

Xatırladaq ki, sentyabrın 17-də Yaponiyada hakim LDP-nin yeni liderinin seçkiləri ilə bağlı seçkiöncəsi kampaniyaya start verilib. LDP-nin yeni seçiləcək lideri faktiki olaraq ölkənin Baş naziri vəzifəsini tutacaq. Bu vəzifəyə ölkədə koronavirusa qarşı vaksinasiyaya cavabdeh olan nazir Taro Kono, sabiq xarici işlər naziri Fumio Kişida, keçmiş daxili işlər və kommunikasiyalar naziri Sanae Takaiçi və müdafiə naziri Seyko Noda namizədliklərini irəli sürüblər.

LDP-nin yeni liderinin seçkiləri Y.Suqanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilir. O, bu vəzifəni ötən ilin sentyabrında Baş nazir Şinzo Abe gözlənilmədən istefa verdikdən sonra tutub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR