İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Milli Turizm Təşkilatı güclü qar yağması ilə bağlı xüsusi veb-sayt yaradıb

447 31.12.2018 01:32 Dünya A A

Yaponiyada hazırda müşahidə edilən kəskin hava şəraiti hökumət orqanlarının ingilis dilində xəbərdarlıq xidməti yaratmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, Yaponiya Milli Turizm Təşkilatı bu məqsədlə www.japan.travel/en/ veb-saytı yaradıb. İstifadəçilər müvafiq məlumatı əldə etmək üçün “Yaponiyada qar şəklində yağıntı” bölməsinə müraciət edə bilərlər.

Bununla yanaşı, ingilis, Çin, koreya və yapon dillərində “qaynar xətt”də təşkil edilib. Yaponiya daxilində 050-3816-2787, ölkə xaricindən isə +81-50-3816-2787 telefon nömrəsinə zəng etməklə də müxtəlif regionlarda hava şəraiti ilə bağlı məlumatlar əldə etmək olar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR