İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır

363 20.06.2019 05:02 Ölkə A A

Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, lakin digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.

T.Katori əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Həm Azərbaycandan Yaponiyaya gedən, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

Səfir vurğulayıb ki, Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır.

Diplomat əlavə edib ki, Yaponiyada yeni imperatorun taxta çıxması münasibətilə oktyabr ayında keçiriləcək rəsmi ziyafətə Azərbaycandan da nümayəndə heyəti dəvət olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR