İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya G20 ölkələri xarici işlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib

439 04.10.2019 09:45 Son xəbər A A

Yaponiya hökuməti G20 ölkələri Xarici işlər nazirlərinin Naqoya şəhərində keçiriləcək görüşünə daha doqquz ölkənin nümayəndələrini dəvət edib.

Oktyabrın 4-də Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, noyabrın 22-23-də keçiriləcək görüşdə İspaniya, Çili, Vyetnam, Misir, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur və Tailandın Xarici işlər nazirləri də iştirak edəcəklər.

Xatırladaq ki, Yaponiya cari ildə G20 ölkələrinin toplantısına sədrlik edir. G20 ölkələri liderlərinin iyunun 28-29-da Osaka şəhərində keçirilən sammiti isə bu ölkə ərazisində təşkil edilən ilk belə tədbir olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR