Yaponiya hökuməti İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsini dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində mühüm addım hesab edir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 28-də Tokioda təşkil edilmiş ənənəvi mətbuat konfransı zamanı Yaponiya nazirlər kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.
“Bu, bütün dünyada sülhə və sabitliyə doğru atılan mühüm addımdır. Belə nəticəni yüksək qiymətləndirmək lazımdır”, - deyə baş katib bildirib.






