Yaponiyanın xarici işlər naziri Taro Kano bəyan edib ki, ölkəsi Cənub Çin dənizində qaz hasilatı ilə bağlı fəaliyyətinə görə Çinə etirazını bildirib.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, yeni mobil qazma qurğusu cari ayın əvvəllərində iki ölkəyə məxsus iqtisadi zonaların sərhədi yaxınlığında müşahidə edilib. Həmin qurğunun ərazidəki digər qurğulardan fərqli olaraq daha dərin qazma işləri apardığı güman edilir. Nazirlik Çinin Tokiodakı səfirliyinə bildirib edib ki, Yaponiya qaz yatağının birtərəfli qaydada istismarını qəbul etmir.
T.Kono bəyan edib ki, Çin iki ölkə arasında dəniz sərhədlərinin müəyyənləşdirildiyi bir məqamda belə addım atır. Bu, qarşılıqlı dostluq əlaqələrinin möhkəmlənməsinə mənfi təsir göstərə bilər.
Hazırda Yaponiya hökuməti Cənub Çin dənizindəki qaz yataqlarının birgə istismarı barədə 2008-ci ildə iki ölkə arasında imzalanan müqaviləyə riayət olunması üçün Çin tərəfinə təzyiqləri davam etdirir.






