Yaponiya, ABŞ və Cənubi Koreyadan olan qanunvericilər Yaponiya-Cənubi Koreya münasibətlərindəki gərginliyi müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, müzakirələr qanunvericilərin illik Vaşinqton görüşü zamanı baş tutub.
Görüşdə yaponiyalı və koreyalı siyasi xadimlərin öz hökumətlərini iki dövlət arasında hökm sürən gərginliyi azaltmaq üçün inandırmağa çalışmalarının zəruriliyi vurğulanıb.
Danışıqların gündəliyində duran əsas mövzular Yaponiya və Cənubi Koreya arasında II Dünya müharibəsi zamanı məcburi əməklə bağlı gərginlik və Yaponiya tərəfindən Cənubi Koreyaya ixrac edilən məhsullara nəzarətin gücləndirilməsi məsələləri olub.
Cənubi Koreya nümayəndə heyəti bildirib ki, Yaponiya tərəfindən ixraca nəzarətin gücləndirilməsi məhz II Dünya müharibəsi zamanı məcburi əmək məsələsi barədə müzakirələrin gündəmə gəlməsi ilə bağlıdır.
Bildirilir ki, Yaponiya tərəfi bu bəyanatı qəbul etməyərək, həmin məsələlərin biri-biri ilə bağlı olmadığını vurğulayıb.
ABŞ-dan olan qanunvericilər isə azad dünya şəraitində ölkələrin qarşılaşdıqları çağırışları aradan qaldırmaq üçün üçtərəfli əməkdaşlığı gücləndirməyin vacibliyini qeyd ediblər.






