İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya alimləri Süd Yolu qalaktikasındakı qara dəliyin kütləsini müəyyənləşdiriblər

777 15.02.2019 02:55 Astrologiya A A

Yaponiya Milli Rəsədxanasından bir qrup alim Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin kütləsini müəyyənləşdirib. “Yomiuri” qəzetinin məlumatına görə, kosmik obyektin kütləsi Günəşin kütləsindən 30 min dəfə çoxdur.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya alimləri ALMA radioteleskoplar kompleksinin yerləşdiyi Atakama (Çili) səhrasına gediblər. Radioteleskopların köməyilə onlar Süd Yolu qalaktikasının mərkəzində meydana gəlmiş qaz topasının təfərrüatlı analizini aparıblar. Müəyyən edilib ki, qaz topasının bir hissəsi 30 min Günəş qravitasiya kütləsinə malik məkanın ətrafında dövrə vurur.

Alimlər bu sahədə işıq yayan digər obyekt aşkar edə bilməyiblər. Onların fikrincə, əldə edilən məlumat bu dövretmənin hərəkətverici qüvvəsinin məhz qara dəlik olmasına dair fərziyyəni təsdiqləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR