İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP müxalifəti və siyasi ekspertləri qərargahına yığıb - mövzu: MİLLİ HƏMRƏYLİK - FOTOLAR

2042 21.10.2021 11:55 Gündəm A A

Hakim Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ölkədə fəaliyyət göstərən siyasi partiyaların toplantısı keçirilir.

Musavat.com-un əldə etdiyi məlumata görə,  toplantının mövzusu aşağıdakı kimidir: “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi”.

Verilən məlumata görə, toplantıda ölkədəki əksər siyasi partiyaların liderləri ilə yanaşı, müstəqil politoloqlar, KİV rəhbərləri də iştirak edirlər.

Toplantıda Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov giriş sözü ilə çıxış edib.

Yığıncağın əsas məruzəçiləri millət vəkili, VHP sədri Sabir Rüstəmxanlı, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov, politoloq Eldar Namazov və millət vəkili Hikmət Babaoğludur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR