NATO-nun keçmiş baş katibi Yap de Hoop Sxeffer təşkilatı əsas prinsiplərinə söykənərək Rusiyadan gələn təhdidlərin qarşısında durmaq üçün yeni strateji konsepsiya hazırlamağa çağırıb.
O, bunu Fransanın “Le Monde” qəzetinə verdiyi müsahibədə bəyan edib.
“Bu gün biz Rusiyaya qarşı soyuq müharibə vəziyyətində deyilik. Lakin Vladimir Putini Baltikyanı ölkələrə qarşı hər hansı hərəkətdən çəkindirmək lazımdır. Bu səbəbdən Baltikyanı ölkələrlə bağlı biz qorxutmaq siyasəti ilə bağlı məsələni qoymaq məcburiyyətindəyik”, -Sxeffer qeyd eidb.
Sanki Sxefferin sözlərinə qüvvət verirmişcəsinə Baltikyanı ölkələr müdafiə tədbirlərini genişləndirməyə başlayıblar.
Rusiya mətbuatının verdiyi xəbərə görə, Litva Norveçdən ortamənzilli zenit-raket kompleksini (ZTK) alır.
Litvanın müdafiə naziri Raymundas Karoblis və Norveçin “Kongsberg Gruppen” şirkətinin rəhbərinin iştirakı ilə “yer-hava” tipli ZRK-ların alınması ilə bağlı müqavilə bağlanıb. Müqavilənin dəyəri 109 milyon dollar civarındadır.
Onu qeyd emtək lazımdır ki, NASAMS raket əleyhinə müdafiə sistemi ABŞ və Norveçin birgə istehsalı sayılır. Bu sistem 15 km hündürlükdə olan hədəfləri məhv etməyə qadirdir. Litva özü ortamənzilli raketlərə sahib olacaq ilk Baltikyanı ölkə sayılır. Bu ilin avqustunda isə Latviya “Stinger” tipli kiçik mənzilli ZRK-lar alıb. Həmin raketlər cəmi 3,8 km-lik hündürlük məsafəsində uçan hədəfləri vura bilir.

Baltikyanı dövlətrin rəsmiləri hazırda özləri üçün ən böyük təhdidin böyük şərq qonşusundan gəldiyini gizlətmirlər.
Bu səbədən NATO da şərq və cənub-şərq ssərhədlərini qoruması üçün qüvvələrini gücləndirməkdə davam edir. Son bir ildə Estoniya, Latviya, Litva və Polşada alyansın minlərlə canlı qüvvəsi yerləşdirilib.
Litvanın özündə, Rukla şəhərində mindən çox alman əsgəri və mühəndis döyüş maşınları dislokasiya olunub.

Rusiyadan gələn açıqlamalar isə həmişəki kimi təkəbbür və alçaltma tonundan fərqlənmir. Rusiya Federasiyası Dövlət Dumasının MDB üzrə komitəsinin sədri Leonid Kalaşnikov Vilnüs tərəfindən alınan raketlərin ancaq hərbi paradlarda nümayişlər üçün yaradığını söyləyib.
“Aydın məsələdir ki, hər hansı ciddi münaqişə zamanı, özü də Rusiya ilə, bu raketəbənzər karandaşların heç bir xeyri olmayacaq”, - Kalaşnikov “Kommersant” qəzetinə verdiyi açıqlamasında bildirib.
Kalaşnikovun fikrincə, Litva bütün bunları alyans tərəfindən əlavə qüvvə gətirilməsi üçün edir”.
Musavat.com






