İnsanlara hürriyət, millətlərə istiqlal!

YAP-da YUMURTA İCLASI

1389 16.07.2012 13:15 Media A A

Amma alınmadı. Poçtuma xeyli belə rəy yığıldığı üçün məcburam onları ümumiləşdirib təqdim edim. Yoxsa şəkdə qalıb deyərlər görəsən bundan niyə yazmadı.

Əvvəlcə onu deyim ki, həmin yazıdakı fikirlərlə razılaşmayan, bizi qərəzli adlandıran bir neçə oxucu da var. Obyektivlik naminə o fikirlərə də yer ayırmalıyıq. Onların iddiası belədir: yazıda əks olunan fakt və rəqəmlər düz deyil. Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran” futbol klubunun inkişafına ayırdığı pulları heç kim, o cümlədən klub rəhbərliyinə daxil olan şəxslər yeyib-eləmir, futbolçu alqı-satqısı, baş məşqçi dəyişikliyi zamanı bütün işlər şəffaf həyata keçirilir, burada maxinasiya, yeyinti-filan olmur, ola da bilməz və s.
Oxuculardan gələn tənqidi rəylər isə belədir ki, orada böyük yeyintinin olmasına inanırlar. Çünki sən demə, Mənsimovun yaxın adamlarının, qohumlarının pul məsələsində aldatdığı adamların sayı-hesabı yox imiş: “Kimə çatırsan deyir ki, Mənsimovun ”Palmali" şirkəti bizi öz obyektlərində usta, fəhlə, sürücü kimi işlətsə də pulumuzu tam verməyib. Klub üçün baza tikintisində çalışan fəhlələrin halal haqqı Mənsimovun qohumları, xalası oğlu, qardaşı tərəfindən yeyilib. Buna görə də biz futbol klubuna başçılıq edənlərin orada Mübariz Mənsimovun pulları ilə kef çəkməsi barədə deyilənlərə inanırıq. Belə başa düşürük ki, Mübariz Mənsimovun özünün bunlardan xəbəri yoxdur. Olsa, yəqin bir əncam qılar".
Bu mövzu haqda bu qədər. Oxucunun fikirlərinə hörmətlə yanaşıb üstümüzə düşəni elədik. Görək indi başqaları da üstünə düşəni eləyirmi. Məsələn, biri elə AMEA. Bu qurum öz vəzifəsini yerinə yetirib elmi inkişaf etdirmək əvəzinə götürüb xalqa müraciət eləyir ki, yer qazan zaman qızıl-gümüş, pul, xəzinə tapanda onu gətirib bizə verin. Guya bu, bizim tariximiz imiş.
Pah, tarixə hörmət eləyən çıxıblar mənə. Milləti diri-diri basıb yeyənlər onun tarixinə hörmət bəsləyəcəkmiş. Adamın qıdığı gəlir. Bu yaxınlarda Ağsuda inşaat işləri zamanı fəhlələrin tapıb öz aralarında bölüşdürdüyü çar Nikolay dövrünə aid qızıl sikkələr sənin tarixinin hansı gizli qatını açacaqmış guya?! O sikkələr dünyaya Azərbaycan haqda hansı təzə informasiyanı verəcəkmiş ki?! Elə də uzaq dövrün məhsulu olmayan o qızıl pullarda nə sirr yatır ki?! Yoxsa “toyuq əvvəl yaranıb, yoxsa yumurta” şəkilli əbədi suala cavab yatır o sikkələrdə, buna görə belə əl-ayağa düşmüsünüz?! Boş şeydir. Məqsəd həmin pulları özlərinin, yuxarıların ələ keçirməsidir. “Qara fəhlə hara, qızıl sikkə hara” prinsipi ilə...
“Toyuq, yoxsa yumurta” demişkən, bu günlərdə ölkəmizdə bişmiş toyuğu da güldürən əhvalat oldu. Dövlət Baytarlıq Xidməti meydana atılıb Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin bir sözünü topa tutdu. Vəliyev deyibmiş ki, Ukrayna və Belarusdan Azərbaycana salmonellyoz xəstəliyi olan yumurtalar gətirilir.
Baytarlıq Xidməti isə o dəqiqə təkzib verdi. Belə şey yoxdur, biz hər şeyi diqqətlə yoxlayırıq, heç bir salmonellyozdan söhbət gedə bilməz. Odur ki, Ukrayna, Belarus yumurtalarını ürəklə yeyin...
Burda komik məqam var. Düz bir ay qabaq - iyunun 19-da İxracın və İnvestisiyaların Təşviqi Fondu təntənə ilə bəyan etmişdi ki, Azərbaycan xaricə yumurta ixracına başlayır. Quşçular Cəmiyyəti isə dedi ki, ayda 24 milyon yumurta ixrac edəcəyik. Məzhəkə də buradadır - ölkədə yumurta mafiyasının da olmasında. İki zırpı qurum - Quşçular Cəmiyyəti ilə Baytarlıq Xidməti arasında yumurta savaşı gedirmiş demə. Birinci qurum xaricə yumurta satanlara yaxındır (bəlkə də elə özü satır). İkinci qurum isə xaricdən yumurta gətirənlərə yaxındır (bəlkə də elə özü gətirib satır). Ortada maraq olmasa, onlar vuruşarmı, bir-birinə yumurta atarmı?
Tarixi “yumurta müşavirəsi” ilə qiyməti 24 saatın içində 24 qəpikdən 9 qəpiyə düşən yumurtanın indi neçəyə olduğunu bilmirəm. Onu isə bilirəm ki, YAP Siyasi Şurasında təcili yumurta iclasına ehtiyac var. Xalqı təhlükəli müxalifətdən qorumaq eşqi ilə alışıb yanan Siyavuş Novruzov ona xarici məhsullarda salmonellyoz təhlükəsinin olub-olmadığına dair səhih məlumat verməlidir. Quşçu ilə baytar arasında haça-paça qalan camaat YAP-a inanır və ondan cavab gözləyir...

Famil CƏFƏRLİ
familceferli2@gmail.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR