YAP-çı DEPUTATIN AÇIQLAMASINA MÜDAFİƏ NAZİRLİYİNDƏN CAVAB GƏLDİ
Maraqlıdır ki, hakim partiya üzvünün açıqlamasına Müdafiə Nazirliyindən bu günə kimi reaksiya verilməyib. Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayaraq YAP-çı deputatın fikirlərinə münasibət öyrəndik. Xidmət rəisinin müavini Teymur Abdullayevin münasibəti belə oldu: “Azərbaycan ordusunda ”dedovşina" yoxdur".
Qeyd edək ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatlarına görə, 2011-ci ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda 95 hərbi qulluqçu dünyasını dəyişib, 101 nəfərsə yaralanıb və ya xəsarət alıb. Ölüm və yaralanma faktlarının böyük əksəriyyəti Müdafiə Nazirliyinin tabeliyindəki hərbi birləşmələrdə qeydə alınıb. Milaz.info-nun məlumatına görə, dekabrın 21-də saat 17-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında 2011-ci ildə baş verən əsgər itkiləri ilə bağlı yekun mətbuat konfransı keçiriləcək. Tədbir həlak olan əsgər valideynləri tərəfindən keçirilir.