YAP-çı deputat beynəlxalq təşkilatları qınadı - Leyla Yunusa görə
Məhkəmə qərarı ilə barəsində həds qətimkan tədbiri seçilmiş Sülh və Demokratiya inistitunu rəhbəri, Leyla Yunusla bağlı bır sıra xarici qurumlar açıqlama verərək , onun həbsini qanunsuz adlandırırlar.
Avropa.info-ya açıqlama verən YAP-çı millət vəkili Aydın Mirzəzadə bu qurumları Azərbaycan qanunlarına sayğısılıqda ittiham edib:
"Azərbaycan müstəqil dövlətdir, bizim azad hüquq sistemimiz var. Leyla Yunus və bir neçə hüquq müdafiəçisi konkert ittihamlarla saxlanılıblar. Hansısa beynəlxalq təşkilatların Azərbaycan hüquq sistemini nəzərə almadan Leyla Yunusn həbsini qanunsuz adlandırması özü qanunsuzluqdu. Beynəlxalq qurumlar dövlətlərin müstəqilliyinə, hüquq sisteminə hörmətlə yanaşmalıdırlar. Leyla Yunusla bağlı məhkəmənin davam etdiyi bir zamanda, məhkəmənin yekun qərarı olmadan onun həbsini qanunsuz adlandırmaq o qeyd olunan qurumların obyektivliyini şübhə altına atır. Bu qurumlar özlərini Azərbaycana qarşı bir məhkəmə insansiyası kimi təqdim edirlər".






