YAP-çı DEPUTAT ARİF HACILININ PREZİDENTLİYƏ NAMİZƏD OLMASINI İSTƏYİR
Hakim partiya təmsilçisi iddia edib ki, əgər növbəti seçkilərə də müxalifət bu şəxslərlə gedərsə və ya adıçəkilən 4 namizəddən hər hansı biri müxalifətin vahid namizədi kimi seçki prosesinə qatılarsa, həmin düşərgə yenə əvvəlki uğursuzluğunu təkrarlamış olacaq: “Məgər Müsavat Partiyasında onun öz ideologiyasının daşıyıcısı olan insanlar azdırmı? Arif Hacılı öz fəaliyyəti ilə, eləcə də İsa Qəmbərdən fərqli olaraq həyatının böyük bir hissəsini zindanlarda keçirməsi ilə Müsavat Partiyasının lideri və prezidentliyə namizədi olması haqqını qazanmayıbmı? Məgər Əli Kərimliyə görə həbsdə yatan, bu gün özünün müxalifətçilik mübarizliyi ilə müxalifət kəsimində yerini tutan Fuad Qəhrəmanlı həmin təşkilatın prezidentliyə namizədi ola bilməzmi? Hesab edirəm ki, müxalifətin uğursuzluğunun çoxlu səbəblərindən biri də məhz bir neçə şəxsin müxalifət liderliyi postunu monopoliyada saxlamasındadır. Öz yerini heç cürə başqasına vermək istəməməsindədir. Gəncləri, yeni yetişən insanları qabağa vermək niyyətində olmamasındadır. Bu baxımdan birmənalı olaraq deyirəm ki, həmin adamlar eyni texnologiya, eyni düşüncə ilə 2013-cü ildə yenidən eyni ”nəticəni" qazanacaqlar".
YAP-çı deputatın açıqlamasında Arif Hacılı və Fuad Qəhrəmanlı ilə bağlı məqamlar kifayət qədər gözlənilməzliyi və heyrətamizliyi ilə fərqlənir. Siyasi təhlilçilər hesab edir ki, A.Mirzəzadə əslində qaş düzəltdiyi yerdə göz çıxarıb. Belə ki, hakim düşərgədə sözünün yerini, səviyyəsini bilən şəxs kimi tanınan A.Mirzəzadə nədənsə bu açıqlamasında hakimiyyəti ifşa edən siyasi səhvə yol verib. Azərbaycanın ən tanınmış müxalifətçi siyasətçilərindən birinin - Arif Hacılının həyatının böyük bir hissəsini zindanda keçirdiyini YAP-çı deputat dilə gətirib. A.Hacılını zindan həyatı yaşamağa kim məcbur etmişdi? Məhz 19 ildir hakimiyyətdə olan YAP iqtidarı.
A.Mirzəzadənin Fuad Qəhrəmanlı haqda dediklərini isə ekspertlər birbaşa hakimiyyətin insanları siyasi mövqelərinə görə həbsə atmasının təsdiqi sayırlar. Deputat açıq şəkildə etiraf edib ki, Fuad Qəhrəmanlı Əli Kərimliyə görə həbs edilib.
Bununla belə, hər bir halda YAP-çı deputatın Arif Hacılını, Fuad Qəhrəmanlını mübariz şəxs kimi xarakterizə etməsi müsbət qiymətləndirilir.