İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvarın 20-də elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

544 16.01.2015 10:35 Son xəbər A A
20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-də Tədbirlər Planı hazırlanıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumatda görə, qeyd edilən tarixlə bağlı Abşeron şəhərətrafı zonada yanvarın 20-də  saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.
 
Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar edilir.
 
Eyni zamanda anım günü “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
 
20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR