Yanukoviçin iqamətgahından rüşvət sənədləri çıxdı (VİDEO, FOTO)
Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin iqamətgahından sənədlər tapılıb. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, sənədlər qanunların pozulması, hakimlərin satın alınması və rüşvət verilməsi ilə bağlı faktları əks etdirir.
Sənədlər dalğıclar tərəfindən sudan çıxarılıb. Yanukoviçin adamları bəzi sənədləri yandırmağa çalışıblar. Lakin kağızları tam yandırmağa vaxt qalmadığını gördükdə onları Dnepr çayına atıblar.
Sənədlərin əksəriyyəti Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevə və “Ukraynanın dirçəlişi” xeyriyyət fonduna məxsus “Tantalit” firması tərəfindən iqamətgahın tikilməsinə çəkilən xərclərlə bağlıdır. Sənədlərdən birində tenderdə qalib gəlmək üçün rüşvət verildiyi açıq şəkildə yazılıb.






