İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanukoviç Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib

2679 25.01.2014 22:58 Son xəbər A A
Ukrayna prezidenti Viktor Yanukoviç “UDAR” partiyasının lideri Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin ədliyyə naziri Yelena Lukaş bildirib.
 
“Ukrayna prezidenti Vitali Kliçkoya baş nazirin humanitar məsələlər üzrə müavini vəzifəsini  təklif edib. Ukrayna prezidenti əmindir ki, müxalifətlə birgə aparılacaq iş dövlətin birləşməsinə, ölkə və cəmiyyət üçün lazımi islahatların aparılmasına kömək edəcək”, deyə Yelena Lukaş bildirib.
 
 Qeyd edək ki, Viktor Yanukoviç “Batkivşina” müxalifət fraksiyasının lideri Arseniy Yatsenyuka baş nazir vəzifəsini təklif edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR