İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yalvarıb ki, onlara yardım etsin” - İranda narkotikə görə girov götürülən şəxsə kömək edənin işi

949 19.06.2020 14:07 Kriminal A A

Külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda təqsirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılır. Bu işin əsas təşkilatçısı hesab edilən adam isə heç nə xatırlamır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1990-cı il təvəllüdlü Bünyad Məmmədov hakim qarşısına çıxarılır. O, aldığı cəzadan narazıdır.

B.Məmmədovun işi üzrə bəzi təfərrüatları üzə çıxıb.

Məlum olub ki, onunla birlikdə Anar Qəribov və Qabil Məmmədov da həbs edilib.

Bu işdə adı şahid kimi keçən İxtiyar Məhərrəmov daha əvvəl təqsirləndirilən şəxs olub. Onun anlaqsız olması barədə ekspertiza rəyi verildikdən sonra, barəsindəki cinayət işi ayrıca icraata verilib. İxtiyar Məhərrəmov heç nə xatırlamadığını, suallara cavab verə bilməyəcəyini deyib.

Məşhur reper Paster həbs edildi - VİDEO

Təqsirləndirilən şəxslərdən hazırda həbsdə olan Anar Qəribov isə deyir ki, onu İrana göndərən İxtiyar olub.

Anar bildirib ki, bazarda fəhlə işləyən zaman İxtiyar onu İrandan mal gətirməyə göndərib: "Mənə dedi ki, oradan oyuncaq gətirəcəm. Gedəndə gördüm ki, narkotikdir".

O da məlum olub ki, Anar Qəribov İrana gedən zaman orada girov götürülüb. Anar deyir ki, İxtiyara narkotik verməli olan şəxslər onu girov götürərək qarşılığında pul tələb ediblər. Anar da evə zəng edərək bu barədə anasına məlumat verib.

Anarın anasının hüquq-mühafizə orqanlarına müraciətindən sonra işin üstü açılıb. Keçirilən əməliyyatla Qabil Məmmədov, Bünyad Məmmədov və İxtiyar Məhərrəmov saxlanılıb. Anar isə İrandan qayıtdıqdan sonra saxlanılıb.

Bünyad Məmmədovun vəkili Anar Məmişov Musavat.com-a bildirib ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Bünyad Məmmədovun təqsirsizliyini sübut edə biləcək kifayət qədər dəlillər olsa da buna əhəmiyyət verilməyib.

Azərbaycanda hakim məhkəmə zalında həbs edildi - son xeberler

Vəkilin sözlərinə görə, Bünyad Məmmədov ifadəsində qeyd edib ki, “8 kilometr bazarı”nda meyvə-tərəvəz satışı ilə məşğul olub.

Əvvəllər bir neçə dəfə gördüyü Anar ona Qabilin nömrəsindən zəng vurub. Cavab vermədikdə, bir müddət sonra Anarın anası ona zəng vuraraq nömrəni Anarın verdiyini, İxtiyar adlı şəxsin onu girov qoyduğunu deyib. Bundan sonra Anarın valideynləri ilə görüşüb. Sonra Anar bildirib ki, atası 2000 manat pul hazır edib və onu Qabilə vermək lazımdır. Qabilə bu barədə dedikdə, sonuncu qorxduğunu və Anarın atası ilə təklikdə görüşə bilməyəcəyini qeyd edib. O da Qabil və Anarın atasını görüşdürmək üçün getdikdə, polis əməkdaşları tərəfindən saxlanılıb. Bünyad saxlanılan zaman üzərində narkotik olmayıb.

Narkotikə görə tutulan şəxs həbsdə öldü » RUBLIKA.AZ

“Anar Qəribov bu işlərdə Bünyadın günahsız olduğunu deyib. 27 sentyabr 2018-ci il tarixində Bünyada Qabilin istifadəsində olan mobil nömrədən zəng gəlib. Cavab verərkən məlum olub ki, zəng vuran Qabil özü yox onların ortaq tanışları olan Anar adlı şəxsdir. Anar ona bildirib ki, Qabillə birlikdə İrandan narkotik vasitə alıblar və pulun əvəzində onu girov saxlayıblar. Anar adlı şəxs Bünyaddan Qabili tapıb onu girovluqdan qurtarmaq üçün kömək etməsini xahiş edib. Bünyad “odboy” versə də Anar dəfələrlə ona zəng edib yalvarıb, kömək istəyib. Həmçinin Anarın anası da zəng vurub Bünyada yalvarıb ki, Qabili tapmaqda onlara kömək etsin”- deyə vəkil bildirib.

Məhkəmə istintaqı zamanı məlum olub ki, hal şahidi Rəhbər Hüseynov və Vaqif Məmmədov digər işlərdə də mütəmadi olaraq hal şahidi qismində iştirak ediblər.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR