Braziliyalı serial qatili Pedro Rodrigues Filho 1954-cü ildə anadan olub. Ümumilikdə 71 cinayət işləyən Filhonun ən diqqət çəkici xüsusiyyətinin öldürdüyü insanların cinayətkar olmasıdır.
Cinayətlərinə görə 128 il həbs cəzasına məhkum edilmiş Filho ilk qətlini 14 yaşında törədib.
Məktəbdə təhlükəsizlik işçisi olan atasını oğurluqda ittiham edən bələdiyyə sədrinin müavinini ov tüfəngi ilə öldürən Filho gerçək cinayətkarı tapdıqda onu da öldürüb. Törətdiyi iki cinayətdən sonra Sao Pauloya qaçan Filho boş qalmayıb, bir narkotik alverçisini və bir neçə oğrunu da öldürüb.
Bir müddətdən sonra bu işdən kənarda qalan Filho aşiq olub normal bir həyat sürməyə qərar verib. Ancaq bu xoşbəxtlik bir mafiya başçısının Filhonun sevgilisini öldürdükdən sonra sona çatıb. Bunun ardından Filho yenidən silsilə cinayətlər törətməyə davam edib.
Sevgilisini öldürən şəxsi tapmaq üçün bir çox insanı öldürən Pedro Filho nəhayət axtardığı adamı tapıb.
Nəticədə sevgilisinin qatilini öldürən Pedro Filhonun növbəti hədəfi atası olub.
Anasını balta ilə öldürdüyünə görə həbsxanada olan atasını ziyarət edən Filho atasını 22 yerdən bıçaqlayaraq ürəyini çıxarıb.
1973-cü ildə həbs olunan Pedro Rodrigues Filho həbsxanaya gedərkən avtomobildəki digər məhkumu da öldürüb. Səbəb isə həmin şəxsin bir qadına təcavüz etməsi olub. Artıq cinayət törədə bilməyəcəyi düşünülsə də Filho həbsxanada da 47 qətl törədib.
Müsahibələrinin birində cinayətkarları öldürməkdən böyük məmnuniyyət duyduğunu söyləyən Pedro ən sevdiyi öldürmə üsulunun qurbanlarını bıçaqla parçalara ayırmaq olduğunu söyləyib.
Filho həbsxanada olarkən çox xoruldadığı və ya üz quruluşunu bəyənmədiyi üçün bir neçə məhbusu da öldürüb.
Həbsdə olduğu zaman 128 il həbs cəzasına məhkum edilən, ancaq həbsdə olarkən törətdiyi cinayətlərlə bunu 400 ilə qədər artırmağı bacaran Pedro cəmi 34 ilini həbsxanada keçirib və qalan həyatını normal şəkildə davam etdirib.
Turan Oruc
Musavat.com






