Yalanın Yekaterinalarına "Qafqazın ən böyük qəzeti"nin cavabı (SCREEN-SHOTLAR)
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu başçılıq etdiyi media qurmlarının ünvanına söylənilən irad və ittihamlarla bağlı sosial şəbəkədə yazı paylaşıb.
Həmin yazını dərc edirik:
"Hər şeyləri fiksiya, yalan, palavra, saxtakarlıq! Ona görə deyirəm ki, bunlar iqtidar olsa, fəlakətin miqyası təsəvvürə belə gəlmir.
"Azadlıq" qəzeti vasitəsi ilə barəmdə olmazın şeylər yazdılar, yazmaqda da davam edirlər. Hakimiyyət-zad qalıb qıraqda, işləri-gücləri-dərd azarları mənəm. Hər gün təhqir, hər gün şantaj, hər gün çirkab!
Bunun adı nədir, Əli Kərimli? Məndən yazdıqca, ətrafın boşalır, ən sadiq adamların da səni tərk edir, kiçilirsən. Fərqində deyilsənmi?
Mənə hazırda mətbuatdan gizli saxlanan son gedənlərin adları da məlumdur. Səni daha hansı tərketmələr gözləyir, onu da bilirəm. Uşaq-muşaqla, bir də o uğursuz Fuadla tək qalırsan. Onun da cəmi bircə yazılıq canı var- lakin yapmarıq - ən yaxın adamının zamanında, küsülüykən, ondan nifrət edərkən bizim əlimizlə qisas almasına mane olduğumuz kimi, yenə də əxlaq və ərdəmimizi qoruyub, bu fitnə küpünün "fəaliyyətini" sakitcə izləyəcəyik. Ona cavab vermək belə artıqdır - Allah verib, o "cavabı"...
Əli Kərimli, bir siyasi lider bir qəzet redaktorundan daha nə qədər yazdıracaqsan? Sovet dövründəki kənd "anonimşik"inə dönmüsən! Bütün "ailə" qələm çalıb - Akif psevdoniminə girib, özün də nə qədər yazırsan? Bezmirsən? Hər gün yalan, hər gün kin, hər gün böhtan istehsal etmək elə asan deyil axı. Zərərli və radiasiyalı işdir.
Görürsən ki, mən dözürəm. Bilirsən, həm də niyə? Ona görə ki, sənin və adamlarının sözlərinin bir çəkisi olsaydı, ona ən yaxınlığındakılar inanardılar. Hər hansı bir uğurun olardı! Kiçik də olsa, işıqlı bir işə, layihəyə imza atardın.
Daha insanlar hər şeylərini götürüb, yanından getməzdilər. Başında, çevrəndə ADAM olardı! Xərc qoyub, çağırdığın mitinqlərə ADAM gələrdi. Heç partiyanın nominal üzvləri də gəlmir, sənin çağırışlarına! İndi əlində qalan balaca bir dəstə ilə kimə gəldi saldırırsan, təhqir etdirirsən, mənəvi terrora məruz qoyursan.
Bunlar mənə vız gəlir! Tükümü belə tərpətmir. Lakin onlarla namuslu insanlar, vicdanlı hərəkatçılar var ki, sənin Facebook müharibələrinin ucbatından, zombilərinin böhtanlarından gecələr yata bilmir, əsəbiləşir, həyatı zəhərə dönür.
İmkan varsa, onların da "dozasını" mənə yüklə. Kimsə ilə işin olmasın. İqtidarı, guya rəqibin olan prezidenti mənə görə necə unutmusansa, onları da unut, getsin...
Lakin qəzetimə, 60 nəfərin çalışdığı media qrupumuza dil uzatma. İçi mən daxil, o insanların hər birinin sənin və yaxınlarının üstündə haqqı-sayı var. Darda olanda, hakimiyyət üstünə gələndə, qapını döyəndə ilk haraya zəng vurduğunu unutma! İqtidar sənə düşmənçilik edəndə, adına müxtəlif ayamalar yazanda, bu jurnalistlər hər dəfə sənə dəstək veriblər, imzalarını sənə görə risqə atıblar. Mənə yaz, qəzetlə, kollektivlə işin olmasın.
Buna dözməyəcəyik və adekvat cavab alacaqsan.
Məsələn, bizim əməyimizə də ləkə ataraq, media sektorundakı liderliyimizə dil uzadırsan! Həm də qarşımıza kimi çıxarırsan - sınıq-salxaq, qəzet, sayt demək mümkün olmayan "Azadlıq"ı! Söyüş makinasını. Feysbuk uzantısını! Götürüb yazdırırsan ki, "Yeni Müsavat"ı və musavat.com-u oxuyanlar azalıb, "Azadlıq" qəzetini oxuyanlar çoxalıb! Rəqəmlər irəli sürürsən ki, filan yazını "Azadlıq"da 110 min oxuyurlar, "Yeni Müsavat"da 15 min.
Bir şey demirəm. "Azadlıq" qəzeti son bir ildə o qədər geri gedib ki, artıq reytinqlərdə yoxdur! Oxu sayı isə istənilən qədər əllə düzəldilən bir rəqəmdir. Kustar bir şey, yəni. Məsələn, mən proqramistdən xahiş etdim, bu yazını 5 saniyəyə 110 min nüsxəyə qaldırdı.
http://musavat.com/news/yazarlar/rauf-arifoglunun-evezine-akif-ashirli-hebsde-yatdimi-ferq-olaraq_283753.html
Sənin "Google Analytics" deyilən reytinq sistemindən xəbərin varmı? Oranın məlumatları ən mötəbər sayılır. Onu bir açıqlasana. Mən bir neçə foto paylayıram. Özümüzə aid. Bu məlumat isə "Azadlıq" qəzetinə aiddir. Öz saytınızdan götürülüb. Gün ərzində "Azadlıq" qəzetinin saytına cəmisi 28.000 (iyirmi səkkiz min!!!) giriş olub. Bu yazı yazılan anda sayta giriş 9732 İP idi. Amma mənə yazdığın çirkab məhsulunu 20 859 adam oxumuşdu! Nə qədər də açıq saxtakarlıq!
Cайт: Azadliq [ ID: 2149206 ] Опубликовать в Twitter Опубликовать в Facebook
Azadliq
PageRank: 5
Yandex тИЦ: 50
Сегодня
13.08.2015 Посетители 9 732
Вчера
12.08.2015 Посетители 28 079
Sənə və bu yalanları sənin üçün toxuyanlara sual verirəm! Necə olur ki, hal hazırda cəmi 9732 girişi olan bir saytda yalnız mənə aid olan yazını saat 12 radələrində 20 mindən artıq adam oxuyur? Necə olur ki, cəmisi 28 min girişi olan saytda bir gündə 110 min oxu sayı “əldə” edilir?
Məsələ aydındır! Və bunu çoxları bilir! Oxu sayını artırmaq çox rahatdır - biz də hər hansı materiala 100 min oxucu “əlavə” edə bilərik. Lakin İP sayını saxtalaşdırmaq çətindir! "Google Analytics"i aldatmaq isə mümkünsüzdür! Siz İP sayını saxtalaşdırmağa qalxsanız, "Google Analytics" dərhal fiksə edəcək və sizin Google Adsense reklamlarınızı dayandıracaq! Bunu bilirsiniz! Ona görə də girişi deyil, materialların oxu sayını “qaldırırsınız!” Hər zaman etdiyiniz saxtakarlıq, yəni! "LİKE" saxtakarlığı kimi!
Bizsə etmirik, etməyəcəyik. Saytımızın oxucularının azalması ittihamı isə gülməlidir! Ölkədə gərgin, diqqətəşayan hadisələr olanda, "qazan qaynayanda" saytın tirajı artır, olmayanda isə qismən, azalır! Bu, dünyanın hər yerində belədir!
İndi isə "Google Analytics"dən hərdən açıqladığımız rəqəmləri , sayta giriş trafiklərini açıqlayıram. Bunu hər zaman etmirik - yalnız reklam verənlərə açırıq. Lakin ola bilər, Əli Kərimlinin növbəti yalanlarına kimlərsə inanar deyə, ortaya sübut qoyuruq.
Gördüyünüz kimi, burada rəqəmlər milyonlar və 100 minlərlə ölçülür. Saytda bu saniyədə 1800 dən artıq unikal İP təmsilçisi var. Girişlərin 87 faizi birbaşadır! Yəni www.musavat.com yığaraq girir oxucular. Ordan-burdan "alma" deyil! Reytinqdə bu cür məsələlər ən önəmli faktor sayılır!
Bu bizik! Bir ayda 20.484.104 səhifəsi - materialı oxunan! Və bunlar minlərlə xəbərimizin arasında paylaşılan real, saxtalaşdırılmayan oxu rəqəmlərinə paylaşılır! 20 milyon 484 min! Anladın, Yalana Doymayan!
Çünki Qafqazın, hətta MDB məkanının ən böyük, ən tirajlı media quruluşlarından biri də bizə məxsusdur.
Və biz bununla qürur duyuruq!
Sizi həqiqətimizlə, faktlarımız və 3 milyon oxucumuz, 20 milyon oxunan səhifəmizlə əzirik!!!
P.S. "Azadlıq" qəzetinin hansı fırıldaqla "oxucu sayı" əldə etdiyini sübuta yetirmək üçün cəmisi 10 saniyə zaman ərzində bu yazının oxunma sayını 2 mindən 200 minə çıxarıram. Hansı ki, onlar bunu hər zaman edirlər və hər kəsi aldadırlar!






