İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yalandan deyirlər ki, Rusiyaya toya 5000 manata gedirik" - Türkandan qalmaqallı açıqlama

1047 10.04.2021 13:44 Son xəbər A A

Müğənni Türkan Vəlizadə "Günə bir şou" verilişində qonaq olub.

Musavat.com xəbər verir ki, müğənni qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Türkan Moskvaya toy mərasimlərinə gedən həmkarlarını yalan danışmaqda ittiham edib:

"Kim desə, Moskvada neçə min dollara toya gedirəm, yalan söhbətdir. Yalan danışırsız! Həddindən artıq az qonarar verirlər. Əvvəl 5000 min dollara gediriksə, indi 1000-2000 min dollara gedirik. İnsana sərf etmir".

Prodüser Tolik Əliyev də müğənninin dediklərini təsdiq edib.

Qeyd edək ki, bir müddət əvvəl müğənni Şəbnəm Tovuzlu Rusiya toylarından yaxşı qazanc əldə etdiyini, banka olan 48 min manat borcunu da toylar hesabına ödədiyini bildirmişdi.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR