Yafəz Əkrəmoğlu hədələnir
"Azadlıq" radiosunun əməkdaşı Yafəz Əkrəmoğlunun təqib olunması davam edir. Buna səbəb onun çalışdığı media qurumunda Naxçıvanda baş verən neqativ halları, qanun pozuntularını işıqlandırmasıdır.
Jurnalistin musavat.com-a verdiyi məlumata görə, bundan narazı qalan muxtar respublika rəhbərliyi istər hüquq-mühafizə orqanlarının əliylə, istərsə də peşəkar və sosial mediada ona qarşı hücumlarını davam etdirir, onu qaralamağa, pisikdirməyə, qorxutmağa çalışır.
Jurnalist deyir: "Bu günlərdə adını-soyadını anonim göstərən Naxşıvan sakini sosial şəbəkədə mənim əleyhimə çağırışlar edib. O, məni Azərbaycanı, Naxçıvanı ləkələməyə çalışmaqda ittiham edərək yazır ki, mənə 10 gün vaxt verir və əgər mən bu on gündə çıxıb elan verərək "Naxçıvan haqda qarayaxma yazmamağa" söz verməsəm, mənim yox edilmək planım işə düşəcək".
Musavat.com






