İnsanlara hürriyət, millətlərə istiqlal!

Ya 42 km-lik Zəngəzur dəhlizi, ya da Naxçıvanın 42 km-liyindəki İrəvan!

11614 12.01.2024 00:51 Yazarlar A A

Acı da olsa, etiraf etməliyik: vaxt var idi Azərbaycan mediasının gündəminə Qarabağı işğal altında saxlayan Ermənistanda səslənən hansısa fikirlər, iddialar, torpaqlarımızda meydan sulayan vandal sürüsünün davranışları ciddi şəkildə təsir edirdi. Həssaslıqla izləyirdik, görək bu gün düşmən ölkədən hansı xəbərlər gəlir...

Torpaqlarımızı azad etdikdən sonra vəziyyət dəyişib, üç ildən çoxdur Ermənistan mətbuatı, siyasət adamları, ekspertləri Azərbaycana qulaq kəsiliblər, nəfəslərini içlərinə çəkib gözləyirlər, görək Prezident İlham Əliyev bu dəfə nələr deyəcək, hansı hədəfləri nişan verəcək? Artıq erməni cəmiyyətinin mütləq əksəriyyətində bir inam var ki, Əliyev dediyini edir və onun dediklərini zarafat hesab etmək olmaz! Budur, Azərbaycan dövlət başçısının 10 yanvar 2024-cü il tarixdə yerli telekanallara müsahibəsində dedikləri Ermənistanda şiddətli zəlzələ effekti yaradıb. Artıq erməni siyasət adamları, şərhçilər və media şübhə etmir ki, növbədə yeniliklər var, özü də Azərbaycanın diktə etdiyi şəkildə. 

235df25e0b4ab0583a9340cfc654224f.jpg (153 KB)

Prezident İlham Əliyev aydın şəkildə bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın təbii haqqıdır və buna kifayət qədər əsaslar var. Şübhəsi olanlar Zəngəzurun tarixinə qısa ekskurs etsinlər. Dövlət başçısı bir daha xatırlatma etdi ki, Ermənistan 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Sitat: ““Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir”. Bəli, Ermənistanda da bir çoxları anlayır ki, Nikol Paşinyan 10 noyabrda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında quru əlaqənin maneəsiz təmin olunması barədə öhdəlik götürüb. Hətta sovetlər dövründə də Zəngəzur bölgəsindən keçən dəmir yolunun Azərbaycan SSR-in dəmiryollarının balansında olduğunu İrəvanda da bilirlər. Üstəlik, o da faktdır ki, Zəngilandan Ordubada doğru avtomobil yolunun çəkilişi də məhz təxribatlar nəticəsində yarımçıq dayandırılmışdı. 1920-ci ilin dekabrında Azərbaycandan qoparılaraq Ermənistana hədiyyə edilən Qərbi Zəngəzurun qarşılığında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən quru əlaqənin belə verilməməsi həyasızlığın pik nöqtəsidir və təbii ki, bununla heç vaxt razılaşmaq olmaz! Azərbaycanın dövlət başçısı əslində Ermənistanın xilası üçün kommunikasiyaların açılmasını təklif edib, əks təqdirdə bu ölkənin gələcəyi olmayacaq. Heç şübhəsiz ki, Ermənistan dəhlizə nəzarətlə bağlı aldığı sifarişlərə uyğun şəkildə bəhanələr uydurur, prosesi uzatmağa çalışır. Qərbdəki himayətdarları “Soros uşaqları”na hər vəcdlə təsir edirlər ki, Zəngəzur dəhlizinə nəzarətin Azərbaycanın, yaxud Rusiyanın əlində olmasına maneçilik törədilsin, məsələn, Afrikadan qovulan Fransa hərbçilərinin bölgəmizdə “at oynatması”na zəmin hazırlansın. Amma bütün bu oyunları pozacaq gücə sahibdir Azərbaycan dövləti, qətiyyətli siyasətlə hesablaşmağın alternativi yoxdur! 

fbe1b90a-35e3-4352-8b9d-85c03954b9d1.jpg (114 KB)

Dövlət başçımızın da dediyi ki, 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər, xatırlatdı Azərbaycan Prezidenti. Və davamında Ermənistanın radikalları üçün daha öldürücü variantı səsləndirdi. Sitat: “Azərbaycandan Azərbaycana heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var. İranla da iki keçid var. Bu, bizim suveren işimizdir. Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən marşrutun ən düzgün variant Mehri ərazisidir. Sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir”.

Zəngəzur dəhlizi Azərbaycana nə verəcək?

Bəli, kifayət qədər açıq mətnlə, qətiyyətli şəkildə mövqe ifadə olundu. “Zəngəzur dəhlizi ya açıqlacaq, ya da açılacaq”-deməkdir! Bu mövqe təqribən Şuşa, Xankəndi, Xocalı, sərhəd buraxılış məntəqəsi ilə bağlı prinsipial mövqeyin ifadə olunmasına bənzər iradə nümayişidir, Ermənistanın mənasız cəhdləri sonda iflasa məhkumdur və sadəcə öz əleyhinə işləyən vaxt itkisidir. Ölkə başçısı xatırlatdı ki, 8 noyabrda Üçtərəfli Bəyanatın qəbul edilməsi bizim böyük siyasi uğurumuzdur. “Şuşa işğaldan azad olunmasaydı, lazım olan şərtləri biz o Bəyanata saldıra bilməzdik. Yəni, bizim Qələbəmiz, güclü olmağımız imkan verdi ki, biz hətta bu məsələyə aid olmayan şərtləri də oraya saldıraq, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı”. Zəngəzur dəhlizini inkar etməyə çalışan erməni rəsmi, qeyri-rəsmi dairələrdən daha səs çıxmır, reallığı anlasalar, özlərini və ölkələrini xilas etmiş olarlar.

cd484c15-be6f-46f0-ad43-eafb6182b933.jpeg (138 KB)

Bundan əvvəl də ölkə başçısı Zəngəzur dəhlizindən asan gediş-gəliş və yükdaşımaların təmin edilməsinin zəruriliyini əsaslandırılmış şəkildə bəyan etmişdi. Ancaq Ermənistan mesajı düzgün dəyərləndirə bilmədi. Hansı ki, ötən müddət ərzində konstruktiv mövqe sərgiləsəydi, indiyədək xeyli məsafə qət etmək mümkün olardı. Məhz buna görə də Azərbaycan Prezidenti sonuncu müsahibəsində bildirdi ki, əgər Azərbaycandan Azərbaycana məhz bizim dediyimiz kimi əlaqə təmin olunmayacaqsa, o halda Ermənistanla heç bir başqa səmtdən sərhəd açılmayacaq, bu ölkənin üzünə qapılarımız qapalı saxlanılacaq! Yəni Paşinyanın Azərbaycana təklif etdiyi 3-5 qapı arzusu gözündə qalacaq və Ermənistan dalan dövlət “funksiyası”nı “uğurla” davam etdirəcək. İndi müqayisə edək, Azərbaycanın Gürcüstan vasitəsilə çıxışının alternativi də müəyyən müddətdən sonra reallaşacaq – Araz çayı üzərindən keçməklə. Amma Yuxarı Lars keçid məntəqəsində hava şəraitindən taleyi asılı vəziyyətdə qalan Ermənistanı indiki şərtlər daxilində acınacaqlı gələcək gözləyir. Zəngəzur dəhlizinin istismarı isə bu ölkəni xilas edəcək, odur ki, seçim etsinlər! Mesaj aydın verilib. Dəhlizin açılması isə Ermənistanın ərazi bütövlüyünü təhdid sayıla bilməz – Rusiyanın Kalininqrad vilayəti ilə maneəsiz əlaqəsi faktı və nümunəsi var ortada, hər hansı ölkənin ərazi bürtövlüyü pozulmur. Kapitulyasiya sənədinə imza atmış Ermənistan isə gec-tez üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir! 

azerb-1634186056.jpg (51 KB)

Azərbaycanın dövlət başçısı 44 günlük müharibədən sonra mütəmadi şəkildə müzakirə predmetinə çevrilmiş daha bir mövzuya münasibətini bildirdi və yol xəritəsini təqdim etdi. Xalqımıza aydın mesaj verildi ki, bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir. Sitat: “Bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır”. Ölkə rəhbəri həll yollarını da göstərdi, həm də Ermənistan üçün məqbul olanları. Yəni böyüklük nümayiş etdirərək, məğlub ölkəni ayaqlar altına əzmək niyyətində olmadığını nümayiş etdirdi, hətta ankalvlarla bağlı optimal variantlardan bəhs etdi. Normal həll yolundan boyun qaçırmağa çalışan qarşı tərəfə isə tarixə istinadla xəbərdarlığını da çatdırdı: “XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”.

Bu, həm də Azərbaycanla Zəngəzur dəhlizi, 8 kənd mübahisəsi aparmağa cəhd göstərən Ermənistana ciddi xəbərdarlıqdır! Yəni ya 42 km-lik dəhliz, yaxud 8 kənd söhbətini bitirəcəksiniz, ya da Naxçıvanın 42 km-liyindəki İrəvanın məsələsi masaya gətirilə bilər! İrəvan xanlığının tarixi revannşçıların özlərinə belə yaxşı məlumdur. Nikol Paşinyan əbəs yerə demirdi onlara Ermənistanın kadastr sənədini almaq lazımdır. Kadastr sənədini verə biləcək bircə ünvan var: Azərbaycan! Azərbaycan hələ ki, Ermənistana ASAN yol təklif edir…

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR