İnsanlara hürriyət, millətlərə istiqlal!

Xüsusi Təyinatlı Əli Rzalının doğum günü qeyd olundu - FOTOLAR

512 17.04.2024 15:18 Ölkə A A

Bu gün Vətən Müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qoşunların əsgəri Rzalı Əli Nuru oğlunun doğum günüdür. Şəhidin doğum günü onun dəfn olunduğu kəndində qeyd olunub.

Musavat.com xəbər verir ki, kənd qəbristanlığındakı məzarı başına toplaşan yerli sakinlər, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, ziyalılar Murov yüksəkliyində qəhrəmancasına şəhid olan Əli Rzalı haqqında ürək sözlərini bölüşüb, onun yaşadığı qısa, amma tariximizə əbədi həkk olunmuş zəfərə aparan şərəfli ömür yolundan bəhs ediblər.

Daha sonra tədbir Əlinin ev muzeyində, ata ocağında davam edib.

Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.

Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda savaşın ilk anlarında silaha sarılıb, Vətən müharibəsində iştirak edib. Könüllü olaraq düşmənlə üzbəüz zirvələrə doğru irəliləyən Əli Rzalı oktyabrın 2-də Koroğlu postunda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra “Vətən uğrunda”, "Şücaətə görə", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Ruhu şad olsun!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR